Mehdi, Messi və Ronaldo
07.11.2012 - 15:37
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən populyar futbolçularının siyahısını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, zonalar üzrə açıqlanan sıralamanın yekununa görə ən məşhur futbolçu iranlı Mehdi Mahdavakiyadır.
Vətənində “Perspolis” klubunda oynayan Mehdi 80256 səslə hamıdan üstün olub.
Maraqlıdır ki, son 3 ildə dünyanın ən yaxşı futbolçusu seçilən “Barselona”nın argentinalı hücumçusu Lionel Messinin nə qədər pərəstişkarları olsa da, o, heç Cənubi Amerikada 1-ci olmayıb. 2-ci olan Messi cəmi 6365 səs qazanıbsa, orada ən populyar futbolçu “Atletiko”nun kolumbiyalı hücumçusu Radamel Falkao sayılıb – 15237 səs.
Digər populyar futbolçu, “Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldo isə 7749 səslə Avropada yalnız 5-ci olub.

0
0