Yunis Hüseynov: Bizdə UEFA müqaviləsi yoxdur
07.11.2012 - 16:06
“Klublarımızda yerli və əcnəbi məşqçilərə münasibətdə ayrı-seçkiliklə bağlı bir şey deyə bilmərəm. Ümumiyyətlə, bu haqda danışmaq istəməzdim. Ancaq onu deyə bilərəm ki, yerli və xarici mütəxəssislərlə əməkdaşlıqda fərq var”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.
47 yaşlı çalışdırıcı bildirib ki, Azərbaycan klublarında yerli və əcnəbi məşqçilərlə imzalanan müqavilələr fərqlidir: “Fərq ondadır ki, xaricilərlə UEFA müqaviləsi bağlanılır, ancaq azərbaycanlılarla yox. Müsəlmanıq da, bizdə verilən sözə üstünlük verilir. Buna görə bizə nəyisə imzalamaq yaraşmaz. Mən “Xəzər Lənkəran”da işləyəndə müqaviləm vardı. Ancaq UEFA müqaviləsi olmur. Yerlilərlə də belə müqaviləni reallaşdırmaq lazımdır”.
Mehman SÜLEYMANOV

0
0