“Şimal itləri” “güllələndi”, “qırmızı şeytanlar” 1/8 finalda!
08.11.2012 - 01:49
“Şimal itləri” “güllələndi”,  “qırmızı şeytanlar” 1/8 finalda!
UEFA Çempionlar Liqasında (ÇL) bu gün keçirilən daha 8 oyunla 4-cü tura yekun vuruldu. Apasport.az xəbər verir ki, turun nəticələrinə əsasən, daha bir komanda - "Lill"in ÇL-i vaxtından əvvəl tərk edəcəyi məlum oldu.

Ən gərgin mübarizə E qrupunda gedir. "Çelsi" - "Şaxtyor" qarşılaşmasının son dəqiqələrində meydan sahiblərinin forvardı Viktor Mozesin vurduğu qol isə mübarizəni daha gərginləşdirdi. Ukrayna təmsilçisi "Çelsi"nin qapıçı Pyatovun səhvindən sonra vurduğu iki qola hər iki halda Villianla cavab versə də, londonlular xarakter göstərib qələbə qazanmağı bacardılar. Bu nəticə hamıdan çox evdə "Nordşelland"ı 4 topla keçən "Yuventus"u kədərləndirdi. Görüşdən "Şaxtyor" xalla ayrılsaydı, "Qoca Sinyora"nın mərhələ adlaması üçün növbəti turda evdə "Çelsi"yə qalib gəlməsi kifayət idi. İndi hər şey sonuncu turda müəyyənləşəcək.

BATE nağılı, deyəsən, artıq başa çatır. Belarus təmsilçisi ilk iki turda "Lill" və "Bavariya"ya qalib gəlsə də, "Valensiya" ilə bacarmadı. "Yarasalar" bu dəfə 4:2 hesablı qələbə qazanaraq, xallarını 9-a yüksəltdilər. "Bavariya" isə evdə Fransa təmsilçisinə acımadı. "Şimal itləri" bu məğlubiyyətlə ÇL-i rəsmən tərk etdilər. Onların Avroliqa şansları da praktiki olaraq, 0-a enib. Əgər BATE Almaniyada da sensasiya edə bilməsə, F qrupundan, böyük ehtimalla, "Bavariya" və "Valensiya" çıxacaq.

Günün sensasiyası isə Şotlandiyada yaşandı. "Seltik" "Barselona"ya öz meydançasında qalib gəlməklə bu mövsüm F qrupunda göstərdiyi nəticələrin təsadüf olmadığını sübuta yetirdi. "Spartak" isə Portuqaliyada məğlub olmaqla özünə "qəbir qazdı". İndi turnir cədvəlində vəziyyət belədir ki, rusların qrupdan çıxması üçün tək "Seltik"ə yox, həm də "Barsa"ya qalib gəlməsi mütləqdir. Fantastikaya inananların menyusuna...

Nəhayət, H qrupu. "Qalatasaray" bəlkə də tarixinin ən vacib qələbələrindən birini əldə etməklə, turnir cədvəlini xeyli yaxşılaşdırdı. İndi İstanbul klubunun qrupdan çıxması üçün münbit şərait yaranıb. Buna görə isə Fatih Terim və komandası növbəti dəfə hesabda geri olduqdan sonra qələbə qazanan "Mançester Yunayted"ə borclu olmalıdır. "Qırmızı şeytanlar" artıq 1/8 finaldadır.


6 noyabr

A qrupu

“Dinamo” (Kiyev, Ukrayna) – “Porto” (Portuqaliya) 0:0
İlk dövrədəki oyun – 2:3

PSJ (Fransa) – “Dinamo” (Zaqreb, Xorvatiya) 4:0
Aleks, 16 (1:0): Matuidi, 61 (2:0); Menez, 65 (3:0); Oaro, 80 (4:0)
İlk dövrədəki oyun – 2:0

1
Porto43106-210
2
PSJ
4
3
0
1
10-2
9
3
Dinamo (K)
4
1
1
2
5-7
4
4
Dinamo (Z)
4
0
0
4
0-10
0


B qrupu
“Şalke” (Almaniya) – “Arsenal” (İngiltərə) 2:2
Uolkott, 18 (0:1); Jiru, 26 (0:2); Huntelaar, 45 (1:2); Farfan, 67 (2:2)
İlk dövrədəki oyun – 2:0

“Olimpiakos” (Yunanıstan) – “Monpelye” (Fransa) 3:1
Maşadu, 4 (1:0); Belhanda, 67-pen (1:1); Qreko, 80 (2:1); Mitroğlu, 82 (3:1)
İlk dövrədəki oyun – 2:1

1
Şalke42208-58
2
Arsenal
4
2
1
1
7-6
7
3
Olimpiakos
4
2
0
2
7-7
6
4
Monpelye
4
0
1
3
5-9
1


C qrupu
“Anderlext” (Belçika) – “Zenit” (Rusiya) 1:0
Mbokani, 17
İlk dövrədəki oyun – 0:1

“Milan” (İtaliya) – “Malaqa” (İspaniya) 1:1
Elizeu, 40 (0:1); Pato, 73 (1:1)
İlk dövrədəki oyun – 0:1

1
Malaqa43108-110
2
Milan
4
1
2
1
4-4
5
3
Anderlext
4
1
1
2
1-4
4
4
Zenit
4
1
0
3
3-7
3


D qrupu
“Mançester Siti” (İngiltərə) – “Ayaks” (Hollandiya) 2:2
S. de Yonq, 10 (0:1); S. de Yonq, 17 (0:2); Y. Ture, 22 (1:2); Aquero, 74 (2:2)
İlk dövrədəki oyun – 1:3

“Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 2:2
Roys, 28 (0:1); Pepe, 34 (1:1); Arbeloa-öz qapısına, 45 (1:2); Özil, 89 (2:2)
İlk dövrədəki oyun – 1:2

1
Borussiya D42206-48
2
Real (M)
4
2
1
1
10-7
7
3
Ayaks
4
1
1
2
6-8
4
4
Mançester S
4
0
2
2
6-9
2


7 noyabr

E qrupu

"Çelsi" – "Şaxtyor" - 3:2
Marçisio, 6 (1:0); Vilian, 9 (1:1); Oskar, 40 (2:1); Vilian, 49 (2:2); Mozes, 90 (3:2)

"Yuventus" - "Nordşelland" - 4:0
Torres, 6 (1:0); Vidal, 23 (2:0); Giovinco, 37 (3:0); Quagliarella, 75 (4:0)

1Şaxtyor42117-37
2
Çelsi
4
2
1
1
10-6
7
3
Yuventus
4
1
3
0
8-4
6
4
Nordşelland
4
0
1
3
1-11
1


F qrupu
"Valensiya" – BATE - 4:2
Jonas. 26 (1:0); Soldado, 29 (2:0, pen); Feghouli, 51 (3:0); Bressan, 53 (3:1); Mozolevski, 83 (3:2); Feghouli, 86 (4:2)

"Bavariya" – "Lill" - 6:1
Şvaynştayger, 5 (1:0); Pizarro, 18 (2:0); Balmont, 23 (avtoqol, 3:0); Pizarro, 28 (4:0); Pizarro, 33 (5:0); Kalu, 58 (5:1); Kross, 66 (6:1)

1
Bavariya
4
3
0
1
10-5
9
2Valensiya430110-49
3
BATE
4
2
0
2
8-9
6
4
Lill
4
0
0
4
2-12
0


G qrupu
"Benfika" – "Spartak" - 2:0
Kordozo, 55 (1:0); Kordozo, 76 (2:0);

"Seltik" – "Barselona" - 2:1
Vanyama, 21 (1:0); Vatt, 83 (2:0); Messi, 90 (2:1)

1Barselona43018-59
2
Seltik
4
2
1
1
6-5
7
3
Benfika
4
1
1
2
3-4
4
4
Spartak
4
1
0
3
6-9
3


H qrupu
"Braqa" – "Mançester Yunayted" - 1:3
Alan, 49 (1:0); Van Persi, 81 (1:1); Runi, 86 (1:2); Ernandes, 90 (1:3)

ÇFR - "Qalatasaray" - 1:3
Burak Yılmaz, 18 (0:1); Sougou, 53 (1:1); Burak Yılmaz, 61 (1:2);Burak Yılmaz, 74 (1:3)

1Mançester Y44009-412
2
Qalatasaray
4
1
1
2
4-5
4
3
Kluj
4
1
1
2
5-6
4
4
Braqa
4
1
0
3
5-8
3