“Rubin” Bakıdan qalib dönsə...
07.11.2012 - 16:44
Sabah Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək. Apasport.az saytının xəbərinə görə, təmsilçimiz “Neftçi” bu dəfə 2 həftə öncə Kazanda uduzduğu “Rubin”lə cavab matçına çıxacaq. Bu, həm də “ağ-qaralar”ın öz meydanında keçirəcəyi 2-ci görüş olacaq.
İlk ev oyununda İtaliya “İnter”inə uduzan (1:3) “Neftçi” 1 xalla mübarizə apardığı H qrupunda “Partizan”la 3-4-cü yerləri bölüşdürür. Həmin xalı startda Belqradda qolsuz bərabərliklə nəticələnən qarşılaşmada qazanan komandamız rəqibini topların fərqinə görə qabaqlayır.
İkiqat Rusiya çempionu, Rusiya Superkubokunu da qazanmış Kazan klubu cari mövsümdə elə də yaxşı sabit çıxış etmir. Xüsusilə, “Neftçi”yə qədər komanda çempionatda ardıcıl məğlubiyyətlər almaqla, turnir cədvəlində aşağı düşmüşdü.
Ancaq bakılılara qalib gəldiyi oyunla “uğursuzluq zolağı”ndan çıxan “Rubin” çempionatda ardıcıl 2 qələbə qazanmaqla vəziyyətini xeyli yaxşılaşdırdı. Özü də bunlardan biri lider “Anji” üzərində qazanıldı.
Kurban Berdıyevin yetirmələri Avroliqaya daha çox önəm verdiklərindən, burada daha inamlı təsir bağışlayır. Təsadüfi deyil ki, komanda “İnter”lə birgə qrupda liderdir. Evdə hər 2 oyununda qalib gələn “Rubin” Milanda 2:2 hesabı ilə nəticələnən matçda qələbəni son dəqiqələrdə əldən verdi.
İndi turnir cədvəlində elə vəziyyət yaranıb ki, Bakıda və Belqraddakı oyunlar 1/8 finala vəsiqəni rəsmiləşdirə bilər. Yəni “Rubin”lə “İnter” həmin matçlarda qalib gələrlərsə, son 2 oyun formallığa çevriləcək və liderlər həmin matçlarda 1-ci və 2-ci pillənin sahiblərini müəyyənləşdirəcək.
Ancaq “Rubin” kimi “Neftçi” üçün də sabahkı oyunda qələbə önəmlidir. Belə ki, Böyükağa Hacıyevin çalışdırdığı komanda “Rubin”dən aldığı 0:1 hesablı məğlubiyyətini əvəzini çıxarsa, 1/8 finala vəsiqə uğrunda mübarizəni gərginləşdirəcək. Çünki “Neftçi”ni V turda yenə ev oyunu – bu dəfə “Partizan”la nisbətən asan sınaq gözləyirsə, kazanlılar son vaxtlar yüksəlişdə olan “İnter”lə öz meydanında çətin görüşə çıxacaq.
Yəni, kazanlılar uduzarsa, təmsilçimiz isə ardıcıl 2-ci qələbəsini qazanarsa, onlar arasında xallar bərabərləşəcək – hər ikisi 7. Artıq bu zaman şəxsi oyunlara baxılacaq və “Neftçi”yə “Rubin”dən üstün olmaq üçün ona heç olmasa 2 top fərqi ilə qalib gəlməlidir.
Hacıyevin yetirmələri top buraxmamaq şərti ilə minimal fərqli istənilən hesabla qalib gələrsə, rəqib səfərdə qol vurduğuna görə üstün vəziyyətdə olacaq.
Qeyd edək ki, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu portuqaliyalı FİFA hakimi Manuel Jorje de Souza idarə edəcək.

0
0