“Bakı” – “Qarabağ” oyununun keçirilmə məkanı bilindi
07.11.2012 - 17:35
“Bakı” – “Qarabağ” oyununun keçirilmə məkanı bilindi
Milli komandaların 2014-cü il dünya çempionatının seçmə oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən faydalanmaq niyyətində olan “Qarabağ” “Bakı” ilə yoxlama oyunu keçirəcək. Apasport.az saytı xəbər verir ki, həmin qarşılaşma noyabrın 11-də, “Bakı” təlim-məşq bazasının yardımçı stadionunda olacaq.

Yoxlama matçı qarşıdan gələn Premyer Liqa oyunlarına hazırlıq məqsədi güdür.

Xatırladaq ki, “Bakı” Premyer Liqanın 13-cü turunda öz meydanında “Xəzər Lənkəran”la qarşılaşacaq. “Qarabağ” isə mərkəzi arenada “Simurq”u qəbul edəcək. Hər iki oyun təqvimə uyğun olaraq noyabrın 18-də keçiriləcək.