Gökdəniz Karadəniz: Azərbaycanda sevilməyim mənə qurur verir
07.11.2012 - 18:04
Gökdəniz Karadəniz: Azərbaycanda sevilməyim mənə qurur verir
“Neftçi” yaxşı komandadı. Ümumiyyətlə, Avropa Liqasında zəif komanda olmur. Bu mənada bizi sabah çətin sınaq gözləyir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Rubin”in türkiyəli futbolçusu Gökdəniz Karadəniz deyib.

Təcrübəli futbolçu Bakıda ona qarşı münasibətdən məmnunluğunu bildirib: “Azərbaycanda belə sevilməyim mənim üçün qururvericidir. Bu isti münasibətə görə təşəkkür edirəm. Ancaq mən peşəkar futbolçuyam və hazırda “Rubin”in uğurları üçün çalışıram. Burada çoxlu həmyerlilərim yaşadığından xəbərim var. Onlara sabah oyuna gəlmələri məni məmnun edəcək. Yığmamıza gəlincə, bu haqda danışmaq istəmirəm. Məni indi klubumun oyunu düşündürür”.