İqor Mitreski: Mənim üçün heç-heçə də yaxşı nəticədir
07.11.2012 - 19:55
İqor Mitreski: Mənim üçün heç-heçə də yaxşı nəticədir
“Çempionlar Liqası, Avroliqa oyunları elədir ki, bundan maksimum yararlanmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu İqor Mitreski deyib.

“Rubin”lə görüşdən öncə bu gün keçirilən mətbuat konfransında Mitreski bildirib ki, yanında oynayan gənc futbolçulara meydanda dəstək olmaqdan yorulmayıb: “Bunlar klubumuzun yetirmələridir. Onlar baş məşqçinin tapşırıqlarını yerinə yetirir. Biz də təcrübəli futbolçu kimi onlara yaxşı dəstək olmalıyıq. Mən bunu etmişəm, bundan sonra da edəcəyəm”.

Futbolun komanda idman növünün olduğunu bildirən İqor rəqibdən çox şey asılı olduğunu deyib: “Rəqib necə imkan verəcək, elə də oynayacağıq. Sabah tam fərqli oyun olacaq. Sözsüz ki, azarkeşlərimizin dəstəyinə böyük ehtiyacı var. Biz onları sevindirmək üçün hər şey edəcəyik. “Rubin” yaxşı komandadır, təcrübəli baş məşqçisi var”.

Mitreski çıxış etdiyi bütün turnirlərin hamısına ciddi yanaşdığını deyib: “Mənim üçün çempionat, yoxsa Avroliqa oyunu fərq etmir. Bizə hər xal vacibdir. Qarşıdakı 2 ev oyununda xal ehtiyatımızı artırmalıyıq. Mənim üçün heç-heçə də qənaətbəxş sayılacaq”.

Təcrübəli müdafiəçi bir müddət azərbaycanlı jurnalistlərlə müsahibə verməməyinə belə aydınlıq gətirib: “Şəxsi məsələlərlə əlaqədar bir müddət istirahət verməyi üstün tutdun. “Hapoel”lə oyundan sonra baş verənlər daha şox emosiyalarla bağlı idi. Bundan sonra baş məşqçimiz, klub prezidenti ilə söhbətimiz oldu. Əsas komandaya qayıtdım və “Neftçi”nin uğurları üçün əlimdən gələni edirəm. Artıq onunla 2 dəfə çempion olmuşam. “Neftçi” ilə il yarımlıq müqaviləm var. Çalışacağam ki, 3-cü dəfə də çempionluq sevinci yaşayım”.