Flavinyo: Qrupa düşmək “Neftçi” üçün bir arzu, yuxu idi
07.11.2012 - 20:03
“Kazandakı qarşılaşmanın birinci hissəsində yaxşı oynamadıq. Rəqib pressinq edirdi və bundan çıxa bilmirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin braziliyalı futbolçusu Flavinyo deyib.
Avropa Liqasının IV turunda sabah “Rubin”ə qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında iştirak edən Flavinyonun fikrincə, Kazandakı 0:1 hesablı məğlubiyyətdən nəticə çıxardıblar: “Kazanda 2-ci hissədə yaxşı oynadıq, qol vura, heç-heçə edə, hətta qalib gələ də bilərdik. Fikrimcə, həmin matçın 2-ci hissəsindəki kimi oynasaq, qalib gələcəyik”.
Yarımmüdafiəçi qələbə üçün əllərindən gələni edəcəklərini bildirib: “Çünki bilirik ki, uduzsaq, heç-heçə etsək, şansımız qalmayacaq. Qrupda oynamaq komandamız üçün bir arzu, yuxu idi. “Neftçi” mütləq qələbəyə köklənməlidir”.

0
0