Böyükağa Hacıyev: Arxamca 2 menecer gəlib
07.11.2012 - 20:16
Böyükağa Hacıyev: Arxamca 2 menecer gəlib
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev xarici klublardan təklif alıb. Apasport.az saytının məlumatına görə, bu barədə 54 yaşlı çalışdırıcı keçirdiyi mətbuat konfransında deyib.

Amma Hacıyev “Neftçi” ilə əməkdaşlıq etmək fikrində olduğunu bildirib: “Gizlətmirəm, təkliflər var. Arxamca 2 menecer gəlib. Onlara da demişəm ki, gələn ilin mayınadək “Neftçi” ilə müqaviləm var və bunu poza bilmərəm. Bilmirəm, sabah Rusiyada işləsəm, mənim üçün necə olacaq? “Neftçi”nin prezidenti Sadıq Sadıqova böyük hörmətim var. Biz bir-birimizi yaxşı başa düşürük. Mən fəxr edirəm ki, belə bir klub prezidenti ilə işləyirəm. Ancaq belə fikrim var ki, “Neftçi”dən gedəndən sonra 2 il xaricdə işləyim. Hər halda, biz keçmiş SSRİ-dən çıxmışıq, Rusiya bizim üçün tanış məkandır”.