“Karpat Maradonası” “Qalatasaray”a baş çəkdi
07.11.2012 - 23:15
“Karpat Maradonası” “Qalatasaray”a baş çəkdi
"Qalatasaray"ın əfsanəvi futbolçusu Georgi Haci bu gün sabiq komandasına baş çəkib. Apasport.az saytının "Fanatik"ə istinadən verdiyi xəbərə görə, "Cim-Bom"un yerləşdiyi otelə gələn "Karpat Maradonası" baş məşqçi Fatih Terim və onun köməkçiləri - Ümit Davala və Həsən Şaşla görüşüb.

Qeyd edək ki, 1996-2000-ci illər aralığında Terimin rəhbərliyi altında "Qalatasaray"da çıxış edən Hacı 4 ölkə çempionluğu, UEFA kuboku və Superkubokunu qazanıb. O, həmçinin 2004-05 və 2010-11-ci illərdə "sarı-qırmızılılar"ın baş məşqçisi vəzifəsində də çalışıb.