“Neftçi” “Rubin”ə Bakıda da uduzdu
08.11.2012 - 22:49
Azərbaycanın UEFA Avropa Liqasındakı yeganə təmsilçisi "Neftçi" bu gün H qrupunda 4-cü oyununa çıxıb. Apasport.az xəbər verir ki, yenilənmiş Tofiq Bəhramov adına Respublika stadionunda "ağ-qaralar"ın ikinci rəqibi Rusiya təmsilçisi "Rubin" olub.
3 turdan sonra aktivində 1 xal olan "Neftçi" və ümumiyyətlə, Azərbaycan futbol ictimaiyyətinin ümidlə baxdığı bu matç təmsilçimizin istədiyi kimi alınmayıb. Komandamız Bakıda keçirdiyi növbəti oyununda da azarkeşlərini sevindirə bilməyib. Kazanlıların heyətində Vladimir Dyadyun vurduğu qol görüşün taleyini həll edib.
Bununla da “Neftçi” avroliqanın qrupunda qalıb. “Rubin” isə artıq pley-offa vəsiqəni təmin edib.
“Neftçi” (Azərbaycan) – “Rubin” (Kazan, Rusiya) - 0:1
QOL: Vladimir Dyadyun, 16
Hakim: Manuel de Souza (Portuqaliya)
8 noyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
"Neftçi": Saşa Stamenkoviç, İqor Mitreski, Tərlan Quliyev, Bruno Bertuççi, Mahir Şükürov, Erik Ramos, Rəşad Sadiqov, Flavinyo, Emin Mehdiyev, Julius Vobay, Nikolas Kanales.
"Rubin": Sergey Rıjikov, Kristian Ansaldi, Sesar Navas, İvan Markano, Vitali Kaleşin, Pablo Orbais, Alan Kasayev, Bibars Natxo, Gökdeniz Karadeniz, Vladimir Dyadyun, Jose Salomon Rondon.

1 | İnter | 4 | 3 | 1 | 0 | 9-4 | 10 |
1 | Rubin | 4 | 3 | 1 | 0 | 6-2 | 10 |
2 | Neftçi | 4 | 0 | 1 | 3 | 1-5 | 1 |
3 | Partizan | 4 | 0 | 1 | 3 | 1-6 | 1 |
0
0