Əfsanə “Qızıl topu” ispanlara verdi
08.11.2012 - 00:29
Əfsanə “Qızıl topu” ispanlara verdi
Əfsanəvi almaniyalı futbolçu Lotar Matteus "Qızıl top"a layiq bildiyi oyunçuların adlarını açıqlayıb. Apasport.az-ın xəbərinə görə, FİFA-nın rəsmi saytına müsahibəsində 5 dünya çempionatında iştirak etmiş oyunçu ispanların adını çəkib: "Layiqli oyunçuların sayı çoxdur. Ötən mövsüm həm Lionel Messi, həm də Kriştiano Ronaldo öz oyunları bizi heyrətləndilər və xeyli qol vurdular. Amma bu nəticələrini beynəlxalq arenada davam etdirə bilmədilər. Buna görə də "Qızıl top"u ispan qazanmalıdır. Mənim favoritlərim Xavi və İnyestadır. Bəlkə də onlar çox qol vura bilmirlər, amma beynəlxalq arenada sabit olaraq titul qazanırlar".