Andrea Stramaççoni “Neftçi”ni zəif saymır
08.11.2012 - 02:02
"İnter"in baş məşqçisi Andrea Stramaççoni "Partizan"la oyun ərəfəsində keçirilən mətbuat konfransında UEFA Avropa Liqası H qrupundakı vəziyyəti dəyərləndirib. Apasport.az saytının "La Gazzeta dello Sport" qəzetinə istinadən verdiyi məlumata görə, gənc mütəxəssis qalan oyunların hamısında qələbə qazanmaq istədiklərini söyləyib: "Partizan" çox inkişaf edib, evdə çox yaxşı oynayırlar və bizə çətinlik yaratmaq üçün əllərindən gələni edəcəklər. Ümumiyyətlə, qrupumuzda zəif rəqib yoxdur və bu mənada UEFA Avropa Liqasına hörmətlə yanaşmaq lazımdır. Qrupda qalan oyunların hamısında qələbə qazanmaq istəyirik. Matçlara buraxacağım heyətə gəlincə, komandada rəqabətin olması çox yaxşı haldır. Mən də bir baş məşqçi kimi hər kəsə şans verməyə borcluyam".
Qeyd edək ki, “İnter” Bakıda keçirilən oyunda “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, “İnter” Bakıda keçirilən oyunda “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanmışdı.
0
0