“Braqa” - “Mançester Yunayted” matçında işıqlar söndü
08.11.2012 - 01:30
“Braqa” -  “Mançester Yunayted” matçında işıqlar söndü
UEFA Çempionlar Liqasının 4-cü turunda "Braqa" və "Mançester Yunayted" arasında keçirilən oyun yarımçıq dayandırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb matçın 57-ci dəqiqəsində "Munisipial de Braqa" stadionunda işıq sisteminin sıradan çıxmasıdır.

İşıqların sönməsindən bir neçə dəqiqə sonra baş hakim Feliks Brix komandaları meydançadan çıxarıb.

Amma təxminən 10 dəqiqə sonra problem aradan qaldırılıb və komandalar yenidən meydana qayıdıb.