Lionel Messi 103 il öncənin rekorduna doğru
08.11.2012 - 09:59
Dünyanın ən yaxşı futbolçusu Lionel Messi 100 illiyin rekordunu qırmağın bir addımlığındadır. Apasport.az saytının məlumatına görə, “Barselona”nın 25 yaşlı argentinalı hücumçusu Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda “Seltik”ə Şotlandiyada vurduğu qol bu il beynəlxalq miqyasda 23-cü olub. Bu, 103 il öncə - 1909-cu ildə “Çelsi” və “Tottenhem”in sabiq futbolçusu Vivyen Con Vudvordun göstəricisindən 2 qol azdır. Onda futbolçu beynəlxalq matçlarda 25 qol vurmuşdu.
Hər halda, vurduğu qolu yeni doğulan oğluna həsr edən Lionel iranlı Əli Daei, braziliyalı Ronaldo və omanlı Hami Əl-Noubini qabaqlayaraq, rekordçu olub. Belə ki, hər 3 futbolçu 1 ildə 22 qol vurmuşdu.
İndi Messiyə ötən əsrin rekordunu qırmaq üçün 4 oyun qalıb. Bunlar ÇL-də “Spartak” və “Benfika”, yığma ilə Səudiyyə Ərəbistanı və Braziliya yığmaları ilə matçlardır.

0
0