Mükafatlandırmanın vaxtı və məkanı dəyişdi
08.11.2012 - 13:08
Bu gün futbol üzrə Azərbaycan I divizionunun qaliblərinin müküfatlandırılması mərasimi keçiriləcək. Apasport.az saytının xəbərinə görə, mərasimin vaxtı və məkanı dəyişib.
Saat 17:00-a təyin olunan tədbirin vaxtı bir saat geri çəkilib. Mərasim isə AFFA-nın inzibati binasında yox, onun yaxınlığında yerləşən (Nobel prospektinin Belinski küçəsi ilə kəsişməsi) “Bəh-Bəh Klub”da keçiriləcək.
Qeyd edək ki, bu mərasimdə ötən mövsüm aşağı dəstədə ilk 3 yeri tutmuş “Qaradağ-Lökbatan”, “Neftçala” və artıq dağılmış “Karvan”ın futbolçularına medallar təqdim olunacaq.

0
0