Rəşadlar rusları çaş-baş saldı
08.11.2012 - 13:11
Azərbaycan milli komandasının futbolçuları Rəşad Sadıqovla Rəşad Sadiqov rusiyalıları çaş-baş salıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız “Qarabağ” və “Neftçi”nin kapitanları olan bu oyunçuların eyni adam olduğunu düşünür.
Bunu onunla izah etmək olar ki, Sadiqovun soyadı rus və ingilis dilində Sadıqov kimi göstərilir. Bu da sonra anlaşılmazlığa gətirib çıxarır. Əslində isə milli ilə yanaşı, “Neftçi” və “Qarabağ”da da birgə oynayan adaşların həm yaşları, həm də atalarının adları fərqlidir.
Belə ki, uzun fasilədən sonra millimizin Şimali İrlandiya ilə rəsmi oyununa çağırılan Sadiqov Əbülfəzoğludur və 1983-cü il Naxçıvanda anadan olub. Atasının adı Fərhad olan Rəşad isə 1982-ci il təvəllüdlüdür və Bakıda doğulub.
Rusların məsələni aydınlaşdırmaq üçün soruşduğu “İnter”in gürcü baş məşqçisi Kaxaber Sxadadze də fikirlərini bildirib: “Onlar həqiqətən ayrı insanlardır. Özü də “Neftçi”də olan Sadiqov da bu mövsümə qədər “Qarabağ”da oynayırdı. Rəşad da yığmaya cəlb olunurdu. Yetərincə ağıllı, düşüncəli futbolçudur, topa incə davranır, hücumda qeyri-standart oynaya bilər”.

0
0