Kaxaber Sxadadze: Bu, “Neftçi” üçün münasib nəticədir – MÜSAHİBƏ
08.11.2012 - 13:38
“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze “Sport-Ekspress” qəzetinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, gürcüstanlı çalışdırıcı “Neftçi”nin Avroliqanın qrup mərhələsində “Rubin”lə bu gün keçirəcəyi oyunla yanaşı, futbolumuzla bağlı bir sıra məqamlardan danışıb.
- “Neftçi”nin Kazanda “Rubin”ə 0:1 hesablı məğlubiyyəti Azərbaycanda necə qarşılandı?
- Əgər Rusiya və Azərbaycan çempionatlarını nəzərə alsaq, bu, Bakı klubu üçün münasib nəticədir. “Rubin” tez qol vurdu. Sonradan belə təəssürat yarandı ki, sadəcə, oyuna nəzarət edirdilər. Kazanlılar hesabı artırmaq üçün qol vəziyyətləri yaradırdılar, ancaq bunları istifadə edə bilmirdilər. Qonaqların qol vurmaq şansları isə demək olar yox idi.
- Sizcə, Bakıda “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin nəzərdə tutduğu kimi başqa oyun olacaq?
- Mütləq. Azarkeşlər əla motivasiyanı təmin edəcək. “Neftçi” qələbə üçün oynayacaq. Üstəlik, klubda yaxşı ifaçılar məhz hücum xəttindədir. “Neftçi”nin simasını daha çox müəyyənləşdirən Flavinyo ilə Vobay kimi futbolçulara hücum etmək maraqlıdır.
- “Neftçi”də başqa kimi fərqləndirərdiniz?
- “Spartak”da oynamış mərkəz müdafiəçisi Mitreskini, həmçinin hücuma qoşulmağı sevən braziliyalı müdafiəçi Bertuççini. Bu gənc braziliyalının həm yaxşı ötürməsi, həm də yaxşı zərbəsi var. Bundan əlavə, “Neftçi”də 22 yaşlı İmamverdiyev var. Mən onu Azərbaycanın ən perspektivli futbolçusu sayıram. Ancaq dayaq yarımmüdafiəçilərinin qabağında oynayan bu futbolçu indi zədələnib. Bilmirəm ki, Cavid oyuna hazır olacaq, yoxsa yox. Bu, çox əhəmiyyətli itkidir.
- Mitreskini xatırlatdınız. Sizin “İnter”də də “Spartak”ın sabiq futbolçuları – Lomaya ilə Abramidze oynayır...
- “İnter”də artıq 4-cü mövsümdür oynayan Lomaya əsas qapıçıdır. Abramidze 3-cü ildir bizdədir. Yeri gəlmişkən, Mitreski ilə hərdən görüşürük. Bakıda uzun müddətdir olan əcnəbilər bir-biri ilə dostluq əlaqələri yaradır. Komandamız isə pis nəticələr əldə etməyib. 2010-cu ildə çempion oldu, 2011-ci ildə “Birlik kuboku”nu qazandı, ötən mövsüm 3-cü oldu.
- Yəqin ki, “Neftçi” ən prinsipial rəqibinizdir. Hər halda, derbidir...
- Bizim klublar arasında xüsusi rəqabəti fərqləndirməzdim. Bakıda bir neçə klub qərarlaşıb və hamısı yaxşı maliyyələşir. Bir də “Bakı”, AZAL, “Rəvan” var. “Qarabağ” da indi ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirir.
- Maraqlıdır, bir şəhərin müxtəlif klublarının azarkeşləri arasında münasibət necədir? Məsələn, “Spartak”la MOİK-in tərəfdarları kimi deyil?
- Elə olur ki, vəziyyət gərginləşir. Ancaq açığı, mən buna müdaxilə etmirəm.
- Sualı başqa cür qoyaq: “İnter”in azarkeşləri “Neftçi”nin dəstəkləmək üçün “Rubin”lə oyuna gələcəklər?
- Fikrimcə, hə. İstənilən halda, “Neftçi”yə qarşı azarkeşlik etməyəcəklər. Bu, normaldır. “Neftçi” avrokuboklarda bütün Azərbaycanı təmsil edir.
- Bakıda beynəlxalq oyunları çox adam izləyir?
- “Neftçi”yə yaxşı publika gəlir. Təbii ki, “Neftçi”nin azarkeşləri digərlərindən çoxdur.
- “Neftçi” yenə qrupdan çıxmağa ümid edir?
- Çox şey “Rubin”lə qarşıdakı oyundan asılı olacaq. “Neftçi”nin qələbəsi qrupda vəziyyəti gərginləşdirəcək. Çünki sonra “Partizan”ı qəbul edəcək. Şans yaranacaq.
- “Sioni”də çalışdığınız vaxt Çempionlar Liqasında Böyükağa Hacıyevin baş məşqçisi olduğu “Bakı” ilə oyun zamanı aranızda insident yaranmışdı. İndi onunla münasibətiniz necədir?
- Hər şey çoxdan unudulub. Bizim tam normal münasibətlərimiz var. Hacıyev Azərbaycan klubunu Avroliqanın qrup mərhələsinə çıxardı. Ona qədər heç kim buna nail olmamışdı. Mən həmkarıma hörmət edirəm. Bilirəm ki, o da mənə hörmətlə yanaşır.

0
0