“Qarabağ”da “on”suzluq
08.11.2012 - 13:41
“Qarabağ”da “on”suzluq
“Qarabağ” hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yığmaların oyunları səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq komandaya verilmiş 2 günlük istirahət başa çatıb.

Ağdam təmsilçisini Suraxanı qəsəbə stadionunda məşqə çıxıb. Bu günə “Qarabağ”ın 2 hazırlığı nəzərdə tutulub. 10:00-da baş tutan ilk çalışmada isə 10-a yaxın futbolçu iştirak etməyib.

Qeyd edək ki, Qurban Qurbanov 2-ci məşqi eyni məkanda saat 16:00-da keçəcək.