Kurban Berdıyevi Bakıda tarixə salacaq qələbə
08.11.2012 - 14:07
Avroliqanın qrup mərhələsinin IV turunda “Neftçi” ilə bugünkü oyun “Rubin”in baş məşqçisi Kurban Berdıyev üçün xüsusi önəm daşıyacaq. Apasport.az saytının məlumatına görə, Bakıdakı qələbə kazanlıları yalnız vaxtından əvvəl 1/8 finala çıxarmayacaq, eyni zamanda, təcrübəli çalışdırıcısının ilkə imza atmağı demək olacaq.
Məsələ ondadır ki, Berdıyevin hesabında beynəlxalq miqyasda ardıcıl 3 qələbə yoxdur. Buna Tofiq Bəhramov adına Respublika stadionundakı matçda nail olmaq şansı qazanan mütəxəssis Avroliqada arxada qalan 2 oyunda evdə “Partizan”ı 2:0, “Neftçi”ni 1:0 hesabı ilə yenib. Özü də “Rubin” avrokuboklar tarixində ardıcıl 2 qələbədən sonra 2 dəfə növbəti oyununu uduzub.
“Neftçi” isə 1995-ci ildən çıxış etdiyi avrokuboklarda öz meydanında cəmi 3 dəfə yenilib. Bu, 1997-ci ildə Çempionlar Liqasında “Vidzev”ə 0:2, 1999-cu ildə UEFA kubokunda “Srvena Zvezda”ya 2:3 və bu il Avroliqada “İnter”ə 1:3 hesabı ilə məğlubiyyətdir. Özü də qrup mərhələsində son məğlubiyyət ”Neftçi”nin evdə 13 illik məğlubiyyətsiz seriyasının sonu demək idi.
Kazan klubu Berdıyevlə bağlı olduğu beynəlxalq miqyasda 43 oyun keçirib. Bunlardan 15-də qələbə qazanılıb, 14 dəfə heç-heçə olub, 14 məğlubiyyət qeydə alınıb. Topların fərqi 48:40 kazanlıların xeyrinədir.
Son 2 ayda 2-ci dəfə Respublika stadionuna çıxacaq Bibras Natxo üçün də bugünkü oyun əlamətdardır. Belə ki, israilli yarımmüdafiəçi ekvadorlu Kristian Noboa ilə birgə “Rubin”in avrokuboklarda bombardiridir – hərəyə 5 qol. Ancaq Noboa hazırda “Dinamo”da oynadığından, Bibrasın daha bir qol vurmağı vahid lider olmağına imkan yaradacaq.
Qeyd edək ki, Natxo İsrailin 2014-cü il dünya çempionatının seçmə mərhələsində sentyabrın 7-də millimizlə mərkəzi arenada 1:1 hesabı ilə nəticələnən oyununda qoluna imza atıb.

0
0