Cəmşid Məhərrəmov: Qışda özümə yeni komanda tapmalıyam
08.11.2012 - 15:09
“Əvəzedici komandaya göndərilməyimlə bağlı heç nə danışmaq istəmirəm. Çünki bizə mətbuata açıqlama vermək qadağa qoyulub. Mətbuatda adımdan yazılan fikirlər isə mənə məxsus deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın yarımmüdafiəçisi Cəmşid Məhərrəmov deyib.
Dünən “Bakı”da klub rəhbərliyi, məşqçilər heyəti və futbolçuların iştirakı ilə toplantı keçirilib. Toplantıda komandanın uğursuzluqlarına nəzər salınıb və təbii ki, nəticələr qeyri-qənaətbəxş hesab olunub.
İclasın yekununda əsas komandanın üzvlərindən 3 futbolçu –kapitan Cəmşid Məhərrəmov, argentinalı yarımmüdafiəçisi Leandro Beserra və yunanıstanlı hücumçusu Vangelis Mantsios əvəzedicilərə göndərilib.
Məhərrəmov artıq qışda klubu tərk etməyi düşünür: “Müqaviləm mayda başa çatır. Ancaq bu qərardan sonra klubu dekabrda tərk etməli olduğum görünür. Çünki rəhbərlik baş məşqçidən yeni komanda qurmağı tələb edib. Belədə qışda özümə yeni komanda tapmalıyam”.

0
0