“Simurq” kapitansız başladı
08.11.2012 - 20:39
“Simurq” kapitansız başladı
Topaz Premyer Liqasının XII turundan sonra çempionatda yaranmış fasilə ilə əlaqədar baş məşqçi Georgi Çixradze yetirmələrinə 3 günlük istirahət vermişdi. Apasport.az saytının məlumatına görə, bu gündən məşqləri bərpa edən “Simurq” Zaqatala şəhər stadionunda hazırlıqlara start verib.

Bir saatdan artıq davam edən məşq prosesində uzun məsafəyə qaçışdan sonra isinmə hərəkətləri yerinə yetirilib. Daha sonra qruplara bölünən futbolçular topla müxtəlif taktiki hərəkətlər üzərində çalışıb.

Komandanın heyətində zədəli futbolçu yoxdur. Yığmanın düşərgəsində olan kapitan Rasim Ramaldanovdan başqa, bütün fütbolçular bügünkü hazırlıqda iştirak edib.

Xatırladaq ki, “Simurq” növbəti turda noyabrın 18-də “Qarabağ”ın qonağı olacaq.