Ramin Musayev: Həmin klublar mütləq lisenziya almalıdırlar
08.11.2012 - 21:15
Topaz Premyer Liqasının formatı dəyişdirilməyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. O bildirib ki, növbəti mövsümdə də güclülər dəstəsində 12 komanda iştirak edəcək.
“Belə söz-söhbət gəzir ki, çempionat 10 komandalı sistemə keçəcək. Ancaq bu, doğru deyil. Növbəti mövsümdə də Premyer Liqada 12 komanda mübarizə aparacaq. I divizionda ilk iki yeri tutan komandalar yüksək liqaya vəsiqə qazanacaq. Sadəcə, həmin komandalar mütləq lisenziya almalıdırlar” – deyə, Musayev bildirib.
Qeyd edək ki, ötən mövsümün yekuna əsasən I divizionun qalibi olan “Qaradağ-Lökbatan” və 2-ci yerin sahibi “Neftçala” belə hüquq qazansa da, lisenziyası olmadığından Premyer Liqaya buraxılmamışdılar.

0
0