“Bakı”dan rəsmi mövqe: Həmin futbolçular haqda qərar qışda veriləcək
09.11.2012 - 00:10
“Cəmşid Məhərrəmovun əvəzinə kimin kapitan olacağını futbolçular öz aralarında müəyyənləşdirəcək. Hələ bunun kim olacağı bilinmir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın icaraçı-direktoru Yaşar Seyidov deyib.
Seyidovun açıqlaması qəribə səslənsə də, heç kimə məlum deyil ki, kapitanı futbolçular yox, baş məşqçi təyin edir. Böyük ehtimalla, kapitan Elvin Məmmədov olacaq. Çünki son turda adı “18-liy”ə salınmayan Cəmşid Məhərrrəmovun əvəzinə sarğını millinin üzvü olan Məmmədov qoluna keçirmişdi.
Seyidov əvəzedici heyətə göndərilən hər üç futbolçu ilə qışda yolların ayrılacağı ilə bağlı sualımıza belə cavab verdi: “Onların müqavilələri davam etməkdədir. Bildiyimə görə, azı yaya kimi bizə məxsusdurlar. Amma hər 3 oyunçu ilə qışda yollara davam edib-etməməyə gəlincə, buna baş məşqçimiz qərar verəcək. Onların hansı müddətədək ikinci komandada oynaması da çalışdırıcının qərarından asılı olacaq”.
Klubun işini ehtiyatlı tutub Bojidar Bandoviçin yerinə məşqçi axtarışında olduğu deyilir. Hətta “Bakı”ya qışda əməkdaşlıq etdiyi “Atletiko”dan məşqçinin gələcəyi istisna olunmur. Amma bütün bunları Yaşar Seyidov təkzib etdi.

0
0