İbrahimoviçə 2 oyunluq cəza
09.11.2012 - 00:15
İbrahimoviçə 2 oyunluq cəza
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç 2 oyunluğa cəzalanıb. Apasport.az saytının xəbərinə görə, isveçli futbolçu Fransa çempionatının ötən turunda "Sent-Etyen"lə görüşdə qırmızı vərəqə almışdı. Beləliklə, İbra "Monpelye" və "Nitsa"ya qarşı oynamayacaq.
Eyni aqibət "Valensiya"nın baş məşqçisi Maurisio Pelleqrinonun da başına gəlib. "Atletiko" ilə matçda hakimə kəskin şəkildə etirazını bildirdiyi üçün texniki zonadan qovulan argentinalı mütəxəssis 2 oyunluğa cəzalanıb.