Kurban Berdıyev mətbuat konfransına gəlmədi
08.11.2012 - 23:05
“Rubin”in baş məşqçisi Kurban Berdıyev Avroliqanın qrup mərhələsində “Neftçi” ilə ev oyunundan sonra mətbuat konfransına gəlməyib. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlər qarşısına onun köməkçisi Vitali Kafanov çıxıb. O, baş məşqçinin gəlməməyini belə izah edib: “Berdıyev şəxsi işləri ilə əlaqədar mətbuat konfransına gəlməyib. O, bir müddət öncə UEFA nümayəndəsini bu haqda məlumatlandırmışdı. Baş məşqçimiz ailə məsələri ilə əlaqədar tez gedəsi oldu”.
Kazan klubunun məşqçisi bu gün nəticəyə oynadıqlarını bildirib: “Belə sıx rrafikdə oynamaq çətindir. Çünki 3 gündən bir oynamalı olursan. İndi Premyer Liqada “Krılya Sovetov”la oyunumuz var. Ümid edirəm ki, futbolçularımız həmin oyuna hazır olacaqlar. Bu gün tam gücümüzlə oynamadıq, nəticəyə oynadıq və onu da qazandıq”.
Kafanov “Neftçi”ni 2 oyunla müqayisədə fərqli oynadığını söyləyib: “Rəqibimiz Kazanda daha çox müdafiədən oynayırdı. Ancaq bu gün evdə daha çox hücum edirdi. Buna görə bizə bu gün qələbə qazansaq da, çox çətin oldu. “Neftçi” komanda şəklində yaxşı təsir bağışlayırdı. Həm müdafiədə, həm də yarımmüdafiədə yaxşı futbolçular; var. İkinci hissədə meydana çıxan Araz Abdullayevin oyunu xoşuma gəldi”.
Qeyd edək ki, “Rubin” evdə olduğu kimi, səfərdə də komandamıza 1:0 hesabı ilə qalib gəlib.

0
0