İqor Mitreski: Bəxtimiz gətirmədi
09.11.2012 - 00:24
“Bir qədər bəxtimiz gətirmədi. Matçın əvvəlində əldən buraxdığımız imkanı yada salsaq, kifayətdir". Apasport.az saytının xəbərinə görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində Bakıda “Rubin”ə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra "Neftçi"nin müdafiəçisi İqor Mitreski deyib.
Rusiyanın "Sport-Ekspress" qəzetinin müxbiri ilə söhbətində makedoniyalı futbolçu oyunlarından razı qaldığını bildirib: "Tamamilə müdafiə oturmamağımız və bütün oyunboyu hücum etməyə cəhd göstərməyimiz yaxşıdır. Amma "Rubin" öz müdafiəsi ilə seçilən komandadır. Orada təcrübəli futbolçular oynayır".

0
0