“Neftçi” oyuna diktə etsə də, qol imkanımız daha çox oldu” - MÜSAHİBƏ
09.11.2012 - 00:32
“Neftçi” oyuna diktə etsə də, qol imkanımız daha çox oldu” - MÜSAHİBƏ
“Rubin” klubunun futbolçusu Vladimir Dyadyun Avropa Liqasının qrup mərhələsində Bakıda “Neftçi” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının xəbərinə görə, oyunda vurulan yeganə qolun müəllifi olan forvard təmsilçimizin güclü futbol sərgilədiyini söyləyib.

- Kurban Berdıyev oyundan əvvəl deyirdi ki, yaxşı formadasınız. Budur, Saranskda vurduğunuz iki qoldan sonra Bakıda da fərqləndiniz. İşlər qaydasına düşür?
- Sadəcə, belə alındı. Hər bir qol nəyinsə nəticəsidir.

- "Neftçi" ilə matç nə qədər çətin alındı?
- Çox çətin idi. Yalnız ilk yarım saatda normal futbol sərgilədik, oyunu nəzarətdə saxladıq, qol vəziyyətləri yaratdıq. Amma sonra meydançanın mərkəzini və təşəbbüsü əldən verdik.

- Niyə? Rəqib güclü oynadı?
- Təşəbbüsü özümüz verdik, amma sonra heç cür oyunumuzu qaydasına sala bilmədik. Müdafiə olunmaq isə hücum etməkdən həmişə çətindir. Buna görə də matç çətin alındı; gücə hansısa qənaətdən söhbət belə gedə bilməz.

- Bəs "Rubin" "Neftçi"ni nədə üstələdi?
- Qol vəziyyətlərindən istifadədə. "Neftçi" oyuna diktə etsə də, bizim qol imkanımız daha çox oldu.

- Nəticədən razısınız?
- Əsas məsələ odur ki, qələbə qazandıq və qrup mərhələsində qarşımıza qoyduğumuz vəzifəyə bir qədər yaxınlaşdıq.

Sport-Ekspress