İspaniyalı futbolçu “Neftçi”ni təriflədi
09.11.2012 - 00:38
İspaniyalı futbolçu “Neftçi”ni təriflədi
"Rubin"in müdafiəçi Pablo Orbaiz "Neftçi" ilə oyun barədə fikirlərini bölüşüb. Apasport.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ispaniyalı futbolçu təmsilçimizin texniki hazırlığını xüsusi qeyd edib: "Rəqibi topa nəzarət edir və qapımıza təzyiq göstərirdi. Birinci hissədə xeyli qol imkanımız oldu, amma fasilədən sonra oyuna onlar nəzarət edirdilər. "Neftçi"nin futbolçuları texniki cəhətdən çox hazırlıqlıdırlar və topla yaxşı davranırlar. Onların güclü rəqib olduğunu bilirdik və yüngül gəzintiyə ümid də etmirdik."