DÇ-2014: FİFA narahat olmağa başladı
09.11.2012 - 01:40
DÇ-2014: FİFA narahat olmağa başladı
FİFA Braziliyada keçiriləcək 2014-cü dünya çempionatına hazırlıq prosesindən narazıdır. Apasport.az Britaniya mətbuatına istinadla xəbər verir ki, ali futbol qurumu xüsusilə də stadionların tikintisinin və yenidən qurulmasının qrafikdən geri qalmasına görə narahatdır.

Xatırladaq ki, Braziliya 2014-cü il DÇ ilə yanaşı, bir il əvvəl Konfederasiyalar kubokunu da qəbul etməlidir.