Saşa Stamenkoviç: Şanslarımız əvvəlcədən yox idi
09.11.2012 - 01:05
Saşa Stamenkoviç: Şanslarımız əvvəlcədən yox idi
"İlk dəqiqələrdə əlimizə düşən imkandan yararlanıb qol vursaydıq, tamamilə başqa cür oyun gedər və başqa cür nəticəyə ümid edə bilərdik. Bununla belə, düşünürəm ki, biabır olmadıq". Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun qapıçısı Saşa Stamenkoviç deyib.

Avropa Liqasının qrup mərhələsində “Rubin”ə uduzulan oyun barədə danışan serbiyalı qapıçı biabır olmadıqlarını qeyd edib: "Azərbaycan azarkeşlərinin bizdən gözlədiyi futbolu sərgilədik. Qrupdan çıxmaq şanslarımız isə əvvəlcədən yox idi. "İnter" və "Rubin" daha güclüdür. Kazan klubu çox təcrübəlidir. Bu iki oyunda yaxşı səviyyəli Avropa klubunun necə olduğunu gördük. Həmçinin, bəxt də tərəfimizdə olmadı. Hər iki komandanın qol vurmaq imkanı oldu, amma bizdə bu şanslar daha real idi".

Xatırladaq ki, “Neftçi” “Rubin”lə həm Kazanda, həm də Bakıda keçirdiyi oyunlarda 0:1 hesabı ilə uduzub.