“Neftçi” qrupda qaldı
09.11.2012 - 02:12
UEFA Avropa Liqasında 4-cü turunun oyunlarından sonra H qrupundakı vəziyyətə böyük ölçüdə aydınlıq gəldi. Apasport.az saytının xəbərinə görə, evdə "Rubin"ə yenilən "Neftçi"nin 1/16 final mərhələsinə vəsiqə qazana bilməyəcəyi rəsmiləşdi. Buna səbəb Milan "İnter"inin qrupun digər matçında "Partizan"a 3:1 hesabı ilə qalib gəlməsidir.
Bu nəticələrdən sonra "Rubin" və "İnter" hərəyə 10 xalla ilk iki yeri bölüşdürürlər. Hər iki kollektiv artıq adını pley-off-a yazdırıb. "Neftçi" və "Partizan" isə 3-cü yer uğrunda mübarizə aparacaqlar.

0
0