Rəşad Sadıqov Levandovski, Nani və Robbendən öndə
09.11.2012 - 11:09
Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının tərtib etdiyi qitənin ən populyar futbolçularının siyahısında yer alıb. Apasport.az-ın Ağdam təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, həmyerlimiz Avropa qitəsindən yer alan 80 futbolçu arasında 43-cü pilləni tutub.
Futbolçuların 2012-ci ildəki fəallığını nəzərə alaraq tərtib edilən siyahıda Rəşad Sami Hedira, Samir Handonoviç, Erik Abidal, Xuan Mata, Robert Levandovski, Nani, Robben və s. futbolçuları geridə qoyub.

0
0