Roman Yeremenko: Biz 2-ci topu vurmalı idik
09.11.2012 - 12:00
“Neftçi” evdə oynadığından itiriləsi heç nəyi yox idi. Bunun üçün də hücuma atıldılar. Bu, həmişə belə olur”. Apasport.az-ın championat.com saytına istinadən məlumatına görə, bunu “Rubin”in futbolçusu Roman Yeremenko deyib.
Kazan təmsilçisinin yarımmüdafiəçisi Avroliqanın IV turunda Bakıda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə fikirlərini açıqlayıb: “Biz rəqibə öz elə də çox şans vermədik. Amma yenə də ev sahibləri 1-2 epizod yarada bildi. Biz 2-ci topu vurmalı idik, bu, başqa məsələdir. Bunun üçün imkanlarımız da oldu. Lakin ən əsas odur ki, qalib gəldik və qrupda özümüzə yaxşı yer təmin etdik”.
Qeyd edək ki, qələbə sayəsində “Rubin” pley-offa yüksəlib, “Neftçi” isə qrupda qalıb.

0
0