Sesar Navas: İstədiyimizi tam yerinə yetirə bilmədik
09.11.2012 - 14:03
“Rəqib yaxşı oyun göstərdi və buna görə də biz istədiyimizi tam yerinə yetirə bilmədik. Bununla belə hesab edirəm ki, ilk hissədə ümumiyyətlə oyunumuz alındı”. Apasport.az saytının məlumatına görə, bunu Avroliqanın IV turunda “Neftçi” ilə qarşılaşmadan sonra “Rubin”in futbolçusu Sesar Navas deyib.
İspaniyalı müdafiəçi Bakıda vacib 3 xalı qazandıqları üçün şad olduğunu deyib: “Düzdür, ikinci 45 dəqiqədə “Neftçi” topa nəzarəti ələ alaraq, böyük qüvvə ilə irəli atıldı. Onlar bir neçə təhlükəli vəziyyət də yaratdılar. Lakin lazım olan 3 xalı qazandıq. Bu isə hər şeydən üstündür”.
Qeyd edək ki, Kazan təmsilçisi oyunda 1:0 hesabı ilə qalib gəlib.

0
0