UEFA: “Neftçi” “ilk qanı tökməyə" yaxın olsa da...
09.11.2012 - 14:12
UEFA: “Neftçi” “ilk qanı tökməyə" yaxın olsa da...
UEFA-nın rəsmi saytı "Neftçi" - "Rubin" oyunu barədə fikirlərini bölüşüb. Apasport.az-ın xəbərinə görə, həmkarlarımız "Rubin"in asan qələbə qazandığını düşünürlər: "Meydan sahibləri artıq 60-cı saniyənin tamamında Flavinyo ilə "ilk qanı tökməyə" yaxın olsalar da, tezliklə matç 3-cü turda bu komandalar arasında keçirilən oyunu izləyənlər üçün tanış səhnəyə çevrildi.

Karadeniz, Natxo və Kasayev sürətli yerdəyişmələrlə tez-tez "Neftçi"nin arxa xəttini yarırdılar. Yeganə qol vurulanda da Kasayevin küncdən qısa ötürməsini qəbul edən Natxounun yanında heç kəs görünmədi: israillinin topu Dyadyunun başına qoyması üçün bir dünya vaxtı var idi. Meydan sahibləri qola heç nə ilə cavab vermədilər, əksinə "Rubin"in hücumları daha kəsərli alınırdı və yalnız Stamenkoviçin güclü əlləri komandasının köməyinə gəlirdi".