Azərbaycan çempionatında yeni bombardir
09.11.2012 - 16:43
Azərbaycan çempionatında yeni bombardir
Bu gün futbol üzrə Azərbaycan I Divizionunda növbəti turun oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan yeganə görüşdə “Qala” “Göyəzən”i sınağa çəkib.

Oyun birincilərin qələbəsi ilə başa çatıb. Qarşılaşmada het-trik edən Bəxtiyar Fəzai isə yarışın bombardirinə çevrilib. Aktivində 10 top olan “Qala”nın üzvü ən yaxın izləyicisi Aqşin Həşimovu (Neftçala) 2 top qabaqlayır.

I divizion, IX tur

“Qala” - “Göyəzən” - 3:0

Qollar: Bəxtiyar Fəzai, 56; 72; 88

1 Neftçala 8 7 1 0 26-4 22
2 Qaradağ Lökbatan 7 6 1 0 17-1 19
3 Ağsu 7 5 1 1 19-8 16
4 Şahdağ 8 5 1 2 15-11 16
5 Tərəqqi 7 5 0 2 8-3 15
6 Qala 8 4 1 3 14-11 13
7 Şuşa 8 4 0 4 9-10 12
8 Bakılı 8 2 2 4 8-12 8
9 MOİK 7 2 1 4 9-13 7
10 Göyəzən 8 2 0 6 7-24 6
11 Şəmkir 7 1 0 6 8-17 3
12 Energetik 8 1 0 7 7-23 3
13 Lokomotiv 7 1 0 6 3-13 3