Bəxtiyar Soltanov: Bunun bəhrəsini görəcəyik
09.11.2012 - 17:12
Bəxtiyar Soltanov: Bunun bəhrəsini görəcəyik
“Kəpəz” 3 gündür ki, məşqləri davam etdirir. Komanda şəhər stadionunun əsas meydançasında hazırlıq keçir. Futbolçular əzmlə qarşıdakı turda qarşılaşacaqları “Qəbələ” ilə oyuna hazırlaşırlar”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in futbolçusu Bəxtiyar Soltanov deyib.

O, klubunun saytına verdiyi açıqlamasında Topaz Premyer Liqasında “Qəbələ” ilə oyuna ciddi hazırlaşdıqlarını deyib: “İlk məşq günündə hazırlığımız əsasən bərpaedici oldu. Son 2 gün ərzində məşqlərimiz ağırlaşıb. Hamımız səylə məşq edib, çalışırıq. İnşallah, bunun bəhrəsini oyunda görə biləcəyik. Hər şey öz qaydasında gedir”.

Qeyd edək ki, “Qəbələ” – “Kəpəz” matçı noyabrın 19-da olacaq.