Türkiyə yığmasında 3 yeni sima
09.11.2012 - 21:30
Türkiyə yığmasında 3 yeni sima
Türkiyə yığmasının baş məşqçisi Abdulla Avcı Danimarka görüşə dəvət alan futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, milliyə 25 futbolçu çağırılıb.

Qapıçılar: Volkan Dəmirəl, Mərt Günok (hər ikisi Fənərbaxça), Onur Kıvrak (Trabzonspor)

Müdafiəçilər: Ərsan Gülüm (Beşiktaş), Alpər Potuk (Əkişehirspor), Bəkir İrtegün, Caner Erkin, Gökhan Gönül, Hasan Ali Kaldırım (hamısı Fənərbaxça), Semih Kaya (Qalatasaray)

Yarımmüdafiəçilər: Mehmet Topal (Fənərbaxça), Aykut Dəmir (Gençlerbirliği), Soner Aydoğdu (Trabzonspor), Arda Turan, Əmrə Belözoğlu (hər ikisi Atletiko Madrid), Nuri Şahin (Liverpool), Əmrə Çolak, Səlçuk İnan, Hamit Altıntop (hamısı Qalatsaray), Gökhan Töre (Rubin Kazan)

Hücumçular: Burak Yılmaz, Umut Bulut (hər ikisi Galatasaray), Kərim Fray (Kardiff Sity, Uels), Sərcan Sararer (Qroyter Fürt, Almaniya), Mevlüt Ərdinç (Renn, Fransa),

Qeyd edək ki, heyətə çağırılan 3 futbolçu - Ərsan Gülüm, Aykut Dəmir və Kərim Fray hələlik "ay-ulduzlular"ın heyətində debüt etməyiblər.

Türkiyə və Danimarka arasında yoldaşlıq matçı noyabrın 14-də "Türk Telekom Arena"da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanır.