“Qalatasaray”a şok ittiham: ÇFR-lə oyun 320 min avroya alınıb!
10.11.2012 - 00:02
Çərşənbə axşamı "Qalatasaray"ın səfərdə ÇFR klubunu 3:1 hesabı ilə məğlubiyyətə uğradaraq, Çempionlar Liqasında qrupdan çıxmaq şanslarını yaxşılaşdırdığı qarşılaşma oyun alqı-satqısı halının olması barədə xəbər yayılıb. Apasport.az saytı xəbər verir ki, Rumıniya mətbuatında bununla bağlı silsilə məlumatlar gedib.
Sports.ru saytı Rumıniyanın Sporto.tv telekanalına istinadla yazır ki, adının açıqlanmasını istəməyən mənbə adıçəkilən telekanala ÇFR-in yarımmüdafiəçisi Kadunun lazımi nəticənin əldə edilməsi üçün naməlum türkiyəli biznesmendən 320 min avro alıb. Bir müddət sonra hadisənin daha bir iştirakçısı anonimliyi qorumaq şərti ilə məsələnin detalları barədə məlumat verib: "Mən Salem adlı bir şəxsdən 320 min avro aldım və Kaduya apardım. Salem türkdür, Klujda çox yaxşı tanınan nüfuzlu bir insandır. ÇFR-in sahibi Arpad Paskanla da ortaq işləri var. Klujun həmin biznesmen yaşayan ərazisində onunla görüşdük və mənə verilən pulları klubun futbolçular üçün kirayələdiyi mənzillərdən birinə apardım.
Belə olmaz. Bu, mafiyadır, Portuqaliya mafiyası. Onları komanda maraqlandırmır. Onlara ona görə Rumıniyaya gəliblər ki, başqa ölkələrdə eləyə bilmədiklərini etsinlər. Hər birimiz bilirik ki, Paskan və ÇFR-in prezident Yuliu Mureşan necə insanlardır. Onların da bu məsələlərdə əli var.
Klubu bir-birinin ardınca Muntyanu, Andone, Kırtsu kimi baş məşqçilər tərk etdilər, çünki nəsə hiss eləyirdilər. Məhz Portuqaliya mafiyası hər il məşqçiləri dəyişir".
ÇFR-in prezidenti Mureşan isə bu iddiaları cavabsız qoymayıb: "Bilmirəm, bu söhbətlər haradan çıxdı. Kiminsə belə sözlər deməsi ağlasığmazdır! Bu cür bəyanatlar verən insanın psixi problemləri var.
ÇFR-in belə qaranlıq işlərdə əli ola bilməz. Biz Kaduya güvənir və ona inanırıq. Kadu artıq mənə həmin insanla görüşüb söhbət etmək istədiyini söyləyib".
Hələlik "Qalatasaray" tərəfi bu məsələyə rəsmi münasibətini açıqlamayıb.

0
0