“Azərbaycan yığması ilə görüşdən 3 xalla ayrılmalıyıq”
10.11.2012 - 00:07
Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O’Nil dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycanla oyunla bağlı fikirlərini bölüşüb. Apasport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, O’Nil bu qarşılaşman komandasının gələcəyi üçün önəmli olduğunu vurğulayıb: "Bəzi futbolçular heyətdən kənarda qalıb, bəzilərini çağırmamışıq. Amma bunun səbəbi konkret matça konkret oyun sistemi seçməyimizdir.
Onları hesabdan silməmişik. Azərbaycanla görüşdən 3 xalla ayrılmalıyıq, çünki bu nəticə bizi irəli aparacaq. Gələcəkdə yığmanın ətrafında müsbət ab-hava yaratmağa məhz bu qarşılaşmadan başlamalıyıq".
Xatırladaq ki, Şimali İrlandiya – Azərbaycan matçı noyabrın 14-də Belfastda keçiriləcək.

0
0