Aqil Nəbiyev millidən kənarlaşdırıldı
10.11.2012 - 00:13
Aqil Nəbiyev millidən kənarlaşdırıldı
AZAL-ın kapitanı Aqil Nəbiyev millimizin dünya çempionatının seçmə qrup mərhələsində, noyabrın 14-də Şimali İrlandiyaya qarşı keçiriləcək oyununa yollanmayacaq. Apasport.az saytının xəbərinə görə, yığmamızın düşərgəsində olan 29 yaşlı müdafiəçi xəstəliyi üzündən heyətdən çıxarılıb. Futbolçu bu gündən klubun sıralarına qoşulacaq.

Qeyd edək ki, millimizin baş məşqçisi Berti Foqts Belfasta uçacaq yekun heyəti bu gün açıqlayacaq.