Ufuk Budak ehtiyatda qaldı
10.11.2012 - 00:36
Ufuk Budak ehtiyatda qaldı
Türkiyə Superliqasının XI turunda səfərdə "Sivasspor"la qarşılaşan "Əskişəhirspor" 5 turluq məğlubiyyətsiz seriyasını sona çatdırıb. Apasport.az saytı xəbər verir ki, meydan sahibləri görüşün 15-ci dəqiqəsində Raynoxun vurduğu qolla minimal hesablı qələbə qazanıblar.

Uzun müddətdir zədədən müalicə olunan Azərbaycan yığmasının üzvü Ufuk Budak, nəhayət, sıraya dönüb. 22 yaşlı futbolçunun adı matçın protokoluna salınsa da, Budak 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirib.