Mərkəzi oyunda 6 qol: “Beşiktaş” liderə çatdı
10.11.2012 - 00:45
Türkiyə Superliqasında XI tura iki matçla start verilib. Apasport.az xəbər verir ki, mərkəzi qarşılaşmada İstanbulda "Beşiktaş" və "Bursaspor" görüşüblər.
Sürətli və qollu keçən görüşdə 3:3 hesablı heç-heçə qeydə alınıb. Qonaqların matçın 28-ci dəqiqəsində Şestakla hesabı açıblar və fasiləyə üstün yollanıblar. İkinci hissənin əvvəlində xarakter göstərən "Beşiktaş" 3 dəqiqəyə Olcay Şahan və Holoşko ilə (müvafiq olaraq, 52 və 55-ci dəqiqələr) önə keçsə də, 59-cu dəqiqədə İbrahim Öztürk bərabərlik qolunu vurub.
Bundan soran 67-ci dəqiqədə penaltidən Uqo Almeyda, 76-cı dəqiqədə isə Battalya fərqləniblər.
Bu heç-heçə ilə "Beşiktaş" xalını 16-a yüksəldib və "Fənərbaxça" ilə "Kasımpaşa"ya çatıb. "Bursaspor" isə 14 xalla 8-9-cu yerləri bölüşür.

0
0