Mahir Şükürov Şimali İrlandiya ilə görüşə aparılmır
10.11.2012 - 00:47
Mahir Şükürov Şimali İrlandiya ilə görüşə aparılmır
2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində, noyabrın 14-də Şimali İrlandiya yığmasının qonağı olacaq Azərbaycan yığması ciddi problemlərlə üzləşib. Apasport.az saytının xəbərinə görə, “Neftçi”nin müdafiəçisi Mahir Şükürov Belfastda baş tutacaq görüşü buraxmalı olacaq. Buna səbəb futbolçunun “ağ-qaralar”ın heyətində “Rubin”lə görüşdə aldığı zədədir.

Şükürovda öncə isə səhhətində problemi olan Aqil Nəbiyev millinin düşərgəsindən kluba qayıdır. Kapitan Rəşad Sadıqov zədəli, qapıçı Kamran Ağayev isə cəzalı olduğundan Belfasta aparılmayacağı əvvəlcədən məlum idi.

İspaniyanın “Elçe” klubunda forma geyinən Rizvan Umarov isə viza problemi ilə üzləşdiyindən millimin Bakıdakı hazırlıqlarına qatıla bilməmişdi.

Qeyd edək ki, yığmamız Belfasta bu gün çarter reysilə yollanacaq.