Fikirləş, Foqts, fikirləş...
10.11.2012 - 01:25
Azərbaycan yığmasında kapitan böhranı yaşanır. Apasport.az xəbər verir ki, artıq xeyli müddətdir zədədən əziyyət çəkən Rəşad Sadıqovdan sonra vitse-kapitan Mahir Şükürov da sıradan çıxıb və Belfasta aparılmayacaq.
Komandamızın liderlərindən biri Kamran Ağayevin də cəza üzündən Şimali İrlandiya ilə matçı buraxacağını nəzərə alsaq, baş məşqçi Berti Foqtsun önündə cavabı bəlkə də heyəti müəyyənləşdirmək qədər ciddi və məsuliyyətli olan növbəti çətin sualın durduğunu görərik. Belfastda yığmanı kapitan kimi meydana hansı futbolçu?
Əlbəttə, çox şey start heyətindən asılıdır və ola bilər ki, təklif olunan bu və ya digər futbolçu heç meydana çıxmadı. Bununla belə, yığmanın ilk "11-liy"ini aşağı-yuxarı 70-80 faiz müəyyənləşdirmək olar.
İndiki məqamda açıq qalan suallar yalnız qapıçının və mərkəz hücumçusunun kim olacağıdır. Digər mövqelərlə bağlı isə elə də böyük şübhə yoxdur. Deməli, kapitanı da müəyyənləşdirmək mümkündür.
Dünya ölkələrində bu məsələyə fərqli yanaşırlar. Məsələn, Fabio Kapello İngiltərə yığmasını məhz Con Terrinin İngiltərə Futbol Assosiasiyası tərəfindən kapitanlıqdan məhrum olunması üzündən tərk etmişdi. Sən demə, Assosiasiya bu məsələdə mütləq don Fabionun dediyini etməli imiş. İtaliya yığmasında isə əsas, seçilmiş kapitanın yoxluğunda sarğını konkret məqamda yığmanın heyətində ən çox oyun keçirmiş futbolçu daşıyır. Burada incə məqam var: əsas götürülən amil "Skuadra Adzurra"ya neçə il ərzində çağırılmaq yox, məhz oyun sayıdır.
İndidən Berti Foqtsun kimə üstünlük verəcəyini düşünüb sualı tapmacaya çevirmək mücərrəd məsələ olduğuna görə, İtaliyanın yolu ilə gedək və statistikaya diqqət yetirək. Rəşad Sadıqov (80) və Mahir Şükürovdan sonra ən çox oyun keçirmiş futbolçu Aleksandr Çertoqanovdur - 54 matç.
Milliləşdirilmiş futbolçu, ümumiyyətlə, yığmanın tarixində bu göstəriciyə görə 8-cidir. Yəni faktiki olaraq, Şimali İrlandiya ilə qarşılaşmada komandamızı meydançaya legioner çıxarmalıdır ki, azarkeşlərin də buna reaksiyasının necə olacağını bir onlar, bir də Allah bilir.
Oyun sayında Çertoqanovu Vüqar Nadirov (46 matç) və Vaqif Cavadov (43 matç) izləyir. Çox asanca bu futbolçulardan birinin, yaxud da elə hər ikisinin "11-liy"ə düşə bilməyəcəyini təxmin etmək olur. Belə olan halda, estafet növbəti milliləşdirilmiş legioner Branimir Subaşiçə keçir - 38 oyun.
Çox gülməli və həm də ağlamalı vəziyyətdir, deyilmi?
İndiki şəraitdə isə yeganə ağlabatan namizəd - Ruslan Abışovdur (29 matç). Amma bu bir subyektiv fikirdir və hansısa "ideya sırınması"ndan söhbət belə gedə bilməz.

0
0