“Xəzər Lənkəran”ın yeni baş məşqçisi nə vaxt gəlir?
10.11.2012 - 01:42
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi nə vaxt gəlir?
“Xəzər Lənkəran” klubunun futbolçuları istirahətini başa vuraraq, hazırlıqlara start verib. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar” dünən stadionun yardımçı meydançasında məşqə çıxıblar.

Erik Roketa və Emin Quliyevin keçdiyi hazırlıq prosesi bir saat davam edib. Bu gündən isə cənub təmsilçisi intensiv hazırlıq proqramı üzrə çalışmalara başlayacaq və hər gün iki dəfə olmaqla məşq keçirəcək.

Yeni baş məşqçinin də bu günlərdə komandaya qoşulacağı gözlənilir. Komandanın Lənkərandakı hazırlığı noyabrın 14-ə qədər davam edəcək.

Məhz həmin gün komanda Bakıya yola düşəcək və Topaz Premyer Liqasının XIII turunda “Bakı” ilə keçiriləcək oyunun hazırlıqlarını paytaxtda davam etdirəcək.

12cioyuncu.info