Fabio Kapello: 12 xal yaxşıdır, amma...
10.11.2012 - 02:03
Rusiya yığmasının baş məşqçisi Fabio Kapello DÇ-2014-ün seçmə mərhələsinin F qrupundakı vəziyyəti dəyərləndirib. Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis "Sovetski Sport" qəzetinə müsahibəsində Braziliyaya yollanmaq üçün yaxşı şanslarının olduğunu bildirib: "12 xal yaxşı nəticədir, amma hələ final mərhələsində deyilik. Şanslarımız yaxşıdır, komandada ab-hava təmizdir, uşaqlar bir-birinə kömək edir. Düşünürəm ki, növbəti iki seçmə matç bizim üçün önəmli olacaq. Xüsusilə də, martın 22-də Şimali İrlandiyaya səfərdə keçirəcəyimiz oyun. Bu komanda Portuqaliyadan səfərdə xal alıb".
Xatırladaq ki, F qrupunda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Azərbaycan yığmaları yer alıb.
Xatırladaq ki, F qrupunda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Azərbaycan yığmaları yer alıb.
0
0