“Tərəqqi” 2 yerə bölündü
10.11.2012 - 11:44
“Tərəqqi” 2 yerə bölündü
I divizionda IX turun oyunları çərçivəsində bu gün “Tərəqqi” Gəncədə “Şuşa”nı qəbul edəcək. Apasport. az saytının xəbərinə görə, Vasif Vəliyevin komandası oyunla bağlı hazırlıqlarını başa vurub.

Matç öncəsi sonuncu məşq dünən saat 11:00-da baş tutub. Hazırlıq prosesi Gəncə şəhər stadionunun yardımçı meydançasında reallaşıb. 1 saatdan təxminən bir qədər çox sürən məşqdə isinmə hərəkətlərindən sonra “Tərəqqi” üzvləri toplu çalışmalara başlayıb. Hazırlıq prosesinin sonunda isə oyunçular şərti olaraq iki - “göy” və “qırmızı” komandalara bölünərək futbol oynayıb.

Qeyd edək ki, “Tərəqqi” – “Şuşa” oyunu saat 14:00-da başlayacaq. Qarşılaşmanı Ramiz Məhərrəmov idarə edəcək.