“Biz hər oyuna qələbə əzmi ilə çıxırıq”
10.11.2012 - 11:45
Bu gün Gəncədə “Şuşa”nı qəbul edəcək “Tərəqqi” artıq oyun saatını gözləyir. Apasport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Vasif Vəliyev pfckapaz.com-a açıqlamasında oyun haqda fikirlərini bölüşüb: "Oyuna normal şəkildə hazırlaşmışıq. Heç bir problemimiz yoxdur. Ötən tur meydana çıxmadığımızdan hazırlaşmaq üçün daha çox vaxtımız olub. Bundan yararlanmışıq.”
Gənc çalışdırıcı qarşıdakı oyunda komandasının hansı məqsədlə meydana çıxacağından da bəhs edib. Eyni zamanda narahat olduğu məqamdan danışıb: “Biz hər oyuna qələbə əzmi ilə çıxırıq. Birinci dərəcəli məqsədimiz oyundan 3 xalla ayrılmaqdır. Azarkeşlərimizi sevindirmək istəyirik. Cəzalı futbolçumuz olmasa da, zədəlilərimiz var. Məni narahat edən də məhz budur. Düşünürəm ki, onların əvəzinə meydana buraxacağım futbolçular üzərlərinə düşən işin öhdəsindən layiqincə gələ biləcəklər. Buna ümid edirəm”.

0
0